Naomi Skott

Naomi Skott

Aktrisa

BİOQRAFİYA

Naomi Qreys Skott – ingilis aktrisa, müğənni və musiqiçidir. Daha çox “Limonadlı ağız” filmində oynadığı Mohini “Mo” Bencari roluna görə tanınır. Həmçinin Disney telekanalının “Həyat dişləyir” serialında Meqan rolu ilə populyarlaşıb. 2011-ci ildə Stiven Spilberqin “Terra Nova” teleserialında Meddi Şennon rolunu oynayıb. Skott 6 may 1993-cü ildə Londonda anadan olub. Anası Uşa Skott uqandalı qucaratlardandır (hind). Atası Kris Skott britaniyalıdır. Atası Vudfordda “Bridge” kilsəsinin keşişi olub. Skott karyerasına müğənni olaraq başlayıb. Devenant Foundation School məktəbində oxuduğu illərdə mütəmadi olaraq məktəb tamaşalarında səhnəyə çıxıb. Britaniyalı pop-müğənni Kelli Brayan onun çıxışını bəyənərək, ona müqavilə təklif edib. Skott bir müddət “Xenomania” layihəsinin bəstəkarları və prodüserləri ilə əməkdaşlıq edib. Disney Channel Uk telekanalında “Həyat dişləyir” serialında mərkəzi rollarından birini oynayıb. Skott xristiandır, missioner fəaldır. Məktəbdə ingilis dilinin tədrisi ilə bağlı Slovakiyada işləyib. 2014-cü ildə britaniyalı futbolu Cordan Spenslə ailə qurub. Toya qədər dörd il görüşüblər.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BA%D0%BE%D1%82%D1%82,_%D0%9D%D0%B0%D0%BE%D0%BC%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç