Derek Sianfrens

Derek Sianfrens

Rejissor, ssenarist, operator, aktyor, prodüser, montajçı

BİOQRAFİYA

Derek Sianfrens amerikalı rejissor, ssenarist, operator, aktyor, prodüser, montajçıdır. 23 yanvar 1974-cü ildə ABŞ, Kolorado ştatında, Leykvudda anadan olub. Boulderdə Kolorado ştatı Universitetində təhsil alıb. Kinemotoqrafda ilk addımlarını 13 yaşında ikən kinokamera ilə çəkilişlər edərək, qısametrajlı filmlər çəkir. Həmin filmlər kiçik festivallarda ən yaxşı film kateqoriyasında mükafatlara layiq görülüb. Rejissorluqla yanaşı Derek digər layihələrdə operator kimi iştirak edib. Demək olar ki, bütün çəkdiyi filmlərin ssenaristi olub. 2010-cu ildə “Valentinka” filmi Kann kinofestivalında təqdim edilir və ona məşhurluq gətirir. Filmdə Mişel Uilyams və Rayan Qoslinq kimi aktyorlar yer alıb. “Şam ağacının altında yer” (2012), “Okeanda işıq” (2016) filmləri tamaşaçı rəğbətini qazanıb.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://kino-teatr.ua/person/cianfrance-derek-5459.phtml

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç