Olivye Martinez

Olivye Martinez

Aktyor

BİOQRAFİYA

Olivye Martinez 12 yanvar 1966-cı ildə Fransanın Paris şəhərində anadan olub. Aktyorun atası Mərakeş doğumlu boksçu olub. Anası fransızdır, katibə işləyib. Aktyorluq sənətini Ali Dram İncəsənət Konservatoriyasında öyrənib. 1994-cü ildə “Bir, iki, üç–yerində don!” filmində oynadığı rola görə “Sezar” mükafatı ilə təltif olunub. Hollivudda daha çox “Xəyanətkar qadın” filmində oynadığı qısqanc ər tərəfindən öldürülmüş gənc məşuq rolu ilə tanınır. Bir neçə il məşhur müğənni Kayli Minoqla yaxın münasibətlərdə olub. Minoqu onu xəyanət etməkdə ittiham etdiyində görə, yollarını ayırıblar. Müğənni iddiaların əsassız olduğunu bildirsə də, onu çətin günlərində (xərçəng xəstəliyinin müalicəsi zamanı) hər zaman yanında olduğunu heç vaxt unutmayacağını bildirib. 13 iyul 2013-cü ildə Hollivud aktrisası Helli Berri ilə evlənib. Cütlük 2015-ci ildə yollarını ayırıb, 2016-cı ildə isə boşanma rəsmiləşib. Bu nikahdan 2013-cü il təvəllüdlü Maseo Robert Martinez adlı oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D1%80%D1%82%D0%B8%D0%BD%D0%B5%D1%81,_%D0%9E%D0%BB%D0%B8%D0%B2%D1%8C%D0%B5

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç