Coş Lukas

Coş Lukas

Aktyor

BİOQRAFİYA

Coşua Lukas İzi Dent Maurer - daha çox Coş Lukas adı ilə tanınan amerikalı aktyordur. “İdrak oyunları”, “Zövqlü qadın”, “Stels”, “Özgə qaydalarla oyun”, “Poseydon” və “D.Edqar” filmlərində, bundan başqa “Firma” və “Lauranın sirləri” seriallarında canlandırdığı obrazlarla yadda qalıb. Coş Lukas 20 iyun 1971-ci ildə ABŞ-ın Arkanzas ştatının Litl-Rok şəhərində dünyaya göz açıb. Hər iki valideyni tibb sahəsində çalışıb. Yuxarı siniflərdən dram sənətinə maraq göstərməyə başlayıb, müxtəlif özfəaliyyət dərnəklərində iştirak edib. Məktəbi bitirdikdən sonra kollecə daxil olmaq əvəzinə aktyor karyerası qurmağı qərara alıb. 19 yaşında olanda Hollivuda köçüb. 1990-cı illərin əvvəllərində “Həyat davam edir”, “Ceyk və Gombules” kimi seriallarda epizodik rollara çəkilib. Titrlərdə adı Coş Lukas kimi göstərilib. Tammetrajlı kinodebütünü 1991-ci ildə ekranlara çıxmış “Şər övladı, xeyir övladı” filmində gerçəkləşdirib. Şəxsi həyatına gəlincə, 2003-cü ildə aktrisa Salma Hayeklə görüşüb, 2009-cu ildə kanadalı aktrisa Reyçel Makadamsla yaxın münasibətlərdə olub. 2012-ci ilin mart ayında müstəqil yazıçı Cessika Henrikeslə evlənib. Elə həmin il Novr Rev Maurer adlı oğlanları olub. 2014-cü ildə aralarındakı nikaha xitam verilsə də, dostcasına ayrılıblar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Josh_Lucas

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç