Endi Brekman

Endi Brekman

Ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Endrü Ross Brekman — amerikalı ssenarist, rejissor, prodüser və radio aparıcısıdır. 3 mart 1955–ci ildə Pensilvaniya ştatının Filadelfiya şəhərində yəhudi ailəsində anadan olub. Boston Universitetində təhsilini yarımçıq qoyaraq incəsənətlə məşğul olub. 2016-cı ildən Nyu-York Universitetində televiziya komediyalarını yazma kurslarını tədris edir. Daha çox “Siçovul yürüşləri” filminin ssenaristi kimi tanınıb. Cerri Tsukerin rejissor olduğu filmdə Rouen Atkinson, Vupi Qoldberq, Con Lovits, Set Qrin və sair aktyorlar çəkilib. “Serjant Bilko” (1996), “İntellekt əmsalı” (1994), “Şəxsin dəyişməsi” (1991), “Uğurlu varidad” (1988), “Köç” (1988) və digər filmləri “Sehrli Disney dünyası” (1995 – 2005), Yaxşı polis (2018) seriallarının ssenari müəllifidir.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
http://cyclowiki.org/wiki/%D0%AD%D0%BD%D0%B4%D0%B8_%D0%91%D1%80%D1%8D%D0%BA%D0%BC%D0%B0%D0%BD

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç