Noma Dumezveni

Noma Dumezveni

Aktrisa

BİOQRAFİYA

Noma Dumezveni – ingilis radio, teatr, kino və televiziya aktrisasıdır. Noma Dumezveni 28 iyul 1969-cu ildə Svazilenddə anadan olub. Valideynləri CAR əsillidir. Həyatının ilk yeddi ilini Svazilend, Botsvana, Keniya və Uqandada keçirib. 17 may 1977-ci ildə aperteid qaçqınları kimi anası və bacısı ilə İngiltərəyə pənah aparıb. Orada Noma 1500 şagirdən ibarət məktəbdə (o daxil olmaqla cəmi 4 qaradərili şagird var idi) orta təhsil alıb. Londona köçdükdən sonra aktrisa kimi fəaliyyət göstərməyə başlayıb. 1999-cu ildən televiziyada müxtəlif layihələrdə iştirak edib, 2002-ci ildə kinodebütünü həyata keçirib. 2015-ci ilin dekabr ayında onun “Harri Potter və lənətlənmiş övlad” pyesində Germiona rolunu oynayacağı elan olunub. Kastinq haqqında yazılan teatr məqaləsində tənqidçi Keyt Maltbi onu “Hər zaman auditoriyanı cəzb edən və həyəcanda saxlayan aktrisa” kimi təsvir edib. Germiona roluna onun təyin olunması geniş polemikalara yol açıb. Habelə məsələyə nöqtəni əsərin müəllifi olan C.K.Roulinq qoyub. O bildirib ki, Germionanın ağ dərili və ya qaradərili olduğunu əsərin heç bir hissəsində göstərməyib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%83%D0%BC%D0%B5%D0%B7%D0%B2%D0%B5%D0%BD%D0%B8,_%D0%9D%D0%BE%D0%BC%D0%B0

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç