Aleksandra Park

Aleksandra Park

Aktrisa

BİOQRAFİYA

Aleksandra Park 14 may 1989-cu ildə Sidneydə (Avstraliya) anadan olub. Daha çox “Kral ailəsinin üzvləri” teleserialında şahzadə Eleonor Henstric rolu ilə tanınır. Park öz televiziya karyerasına 2011-ci ildə qədəm qoyub. Belə ki, qeyd olunan ildə “Fillər şahzadəsi” serialına çəkilib. 2009-cu ildən 2013-cü ilə kimi “Evə və yola” sabun operasında Klaudia Hammond rolunu oynayıb. 2011-ci ildə “Rafterslərin evində qonaqlıq” serialının bir epizodunda görüntülənib. 2012-ci ildə qısametrajlı bir filmə çəkilib. 2013-cü ildə “Möcüzələr diyarı” serialında Codi epizodik rolunu oynayıb. 2013-cü ildə Parkın “E” telekanalının “Kral ailəsinin üzvləri” serialının aktyor heyətinə qoşulması ilə bağlı xəbər yayılıb. Teleserialın pilot epizodu 2015-ci ilin baharında efirə çıxıb. İkinci mövsümün premyerası isə bir neçə ay sonra, üçüncü mövsümü 2016-cı ildə, dördüncü mövsümü isə 2018-ci ilin mart ayında baş tutub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Alexandra_Park_(actress)

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç