Cey Si Çendor

Cey Si Çendor

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Cefri  Makdonald “Cey Si” Çendor 24 noyabr 1973-cü ildə ABŞ-ın Nyu-Cersi ştatında anadan olub. Cey Si Çendorun atası investisiya bankiri Cefri Çendordur. 1996-cı ildə Vuster kollecində incəsənət üzrə bakalavr dərəcəsi əldə edib. 15 il ərzində reklam çəkilişləri ilə məşğul olub. Tammetrajlı kinoda debüt işi sayılan “Risk həddi” filmi Sandens kinofestivalında təqdim olunub. Bundan başqa 61-ci Berlin kinofestivalının konkurs proqramında iştirak edib. Ekran əsəri “Qızıl ayı”mükafatına namizəd olub. Həmçinin ən yaxşı orijinal ssenari kateqoriyasında nominasiya qazanıb. İkinci işi “Ümid ölməz” adlı dramıdır. Kann festivalında təqdim olunub. Həmin filmdə baş rolu Robert Redford oynayıb və yaratdığı obraz ona dramatik filmdə ən yaxşı kişi rolu nominasiyasında “Qızıl qlobus” mükafatına namizədlik qazanıb. 2019-cu ildə uldular yığını tipli filmlərdən olan “Üçqat sərhəd” döyüş filmini ərsəyə gətirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%B5%D0%BD%D0%B4%D0%BE%D1%80,_%D0%94%D0%B6%D0%B5%D0%B9_%D0%A1%D0%B8

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç