Mehmet Aslantuğ

Mehmet Aslantuğ

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Mehmet Aslantuğ – türkiyəli aktyor, rejissor, prodüser və ssenaristdir. Çərkəz əsillidir. 1990-1994-1997-2004 illərində “Altın Kelebek” (Qızıl Kəpənək) mükafatı laureatı olub. 1992, 1993,1994 illərində “Qızıl Portağal” mükafatını qazanıb. Bundan başqa 1994-cü ildə “Altın Koza” mükafatçısı olub. Aslantuğ 1961-ci ildə Türkiyədə anadan olub. 1996-cı ildə aktrisa və model Arzum Onanla ailə qurub. Həyat yoldaşı 1993-cü ildə “Miss Turkey və “Miss Europe” gözəllik müsabiqələrinin qalibi olub. Cütlüyün bir oğlu var. Aslantuğ 1981-ci ildən etibarən kino və televiziya sahəsində çalışır.  1997-ci ildə Kann kinofestivalında nümayiş olunmuş “Əqrəbin səyahəti” (Akrebin yolçuluğu) filmində baş rolu oynayıb. 2010-cu ildə "Eşqin ikinci yarısı" adlı filmə prodüserlik edib, ssenarisini yazıb, rejissoru olub, bunlarla yanaşı baş rola çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Mehmet_Aslantu%C4%9F

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç