Arno De Palyer

Arno De Palyer

Rejissor, ssenarist, aktyor

BİOQRAFİYA

Arno De Palyer 1 dekabr 1961-ci ildə Fransanın paytaxtı Parisdə anadan olub. 16 yaşından teatrda çalışır, gəncliyində bir sıra rollar oynayıb, rejissor olaraq bir neçə tamaşaya quruluş verib. Paralel olaraq institutda ədəbiyyatşünaslıq ixtisası üzrə ali təhsil alıb. Kino təhsilini isə La Femis kinematoqrafiya məktəbində alıb. 1988-ci ildə ilk kurs işi qismində “Jil Delyöz: Yaradılış aktının məğzi” filmini lentə alıb, çəkilişə Hans-Yurgen Ziberberq, Manuel de Olveyrai Jil Delyözu dəvət edib. Daha sonra onlarla qısametrajlı film ərsəyə gətirib. “Drensi Avenir” adlı ilk tammetrajlı filmi 1997-ci ildə işıq üzü görüb. Ekran əsəri yəhudi soyqırımının müasir tarixi-fəlsəfi araşdırmasıdır. 2013-cü ildə Arno De Palyer karyerasının ən əlamətdar işlərindən sayılan “Mişel Kolhaas” tarixi dramını çəkib. Film yazıçı Henrix fon Kleystin eyni adlı romanının motivləri əsasında çəkilib, baş rolu tanınmış aktyor Mads Mikkelsen ifa edir. Sözügedən lent 66-cı Kann kinofestivalının (2013) konkurs proqramında iştirak edib və “Qızıl palma budağı” mükafatına namizəd olub. Bundan başqa Fransanın “Sezar” milli mükafatına 6 nominasiyasada namizəd olub, onlardan ikisində qalib gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D0%BB%D1%8C%D0%B5%D1%80,_%D0%90%D1%80%D0%BD%D0%BE_%D0%B4%D0%B5

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç