Şon Əli Stoun

Şon Əli Stoun

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Şon Kristofer Əli Stoun – amerikalı aktyor, rejissor, ssenarist, prodüser, jurnalist və ictimai fəaldır. Tanınmış rejissor Oliver Stounun oğludur. Onun çəkdiyi filmlərdə yeniyetmə rollarına çəkilib. Şon Stoun 29 dekabr 1984-cü ildə Nyu-Yorkda anadan olub. Valideynləri 1993-cü ildə boşanıblar. Ata tərəfi (Oliver Stoun) yəhudi və fransız əsillidir. Prinston universitetini bitirib. 2005-2012-ci illərdə yeddi sənədli film çəkib. 2012-ci ildə İran haqqında sənədli film çəkilişi zamanı İslam dinini qəbul edib və özünə Əli adını seçib. TheLip.tv onlayn kanalında “Buzzsaw” adlı şou buraxıb. Şouda pərdəarxası qlobal siyasi oyunlar, dünya siyasəti və mədəniyyətini ehtiva edən sirli əlbirliklər əsas mövzular sayılır. 2015-ci ildə Rusiyanın ingilis dilli "Russia Today" telekanalında "Watching The Hawks" adlı teleşounun aparıcısı olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D0%BE%D1%83%D0%BD,_%D0%A8%D0%BE%D0%BD  

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç