Fransis Reno

Fransis Reno

Aktyor

BİOQRAFİYA

Fransis Reno 27 sentyabr 1967-ci ildə Fransanın şimal-şərqində yerləşən Tionville şəhərində anadan olub. Atası poladəritmə zavodunda fəhlə olub, anası teatr kassasında çalışıb. Məktəbi bitirdikdən sonra cibində cəmi 100 dollarla Parisə köçüb. Bir neçə ay axtarışlardan sonra rejissor Jork Lotnerin “Gözlənilməz qonaq” adlı lentində ilk rolunu alıb. Ancaq montaj zamanı onun rolu tam olaraq kəsilib. Fransis Reno buna baxmayaraq məyusluğa qapılmayıb, ilk vacib rolunu gözləyib. Səbirli olması öz bəhrəsini verib. Növbəti rolu ilə karyerasında sürətli yüksəliş dövrü başlayıb. Söhbət “Piqal” (1994) adlı filmdən gedir. Orada baş rola çəkilib. Tezliklə geniş ekranlara Fransis Renonun iştirakı ilə növbəti filmlər - “Hər kəs pişik axtarır” (1996), “İdeal sevgi” (1996), “Bob-Million” (1997) və sair çıxıb. 2000-ci ildə “Mariya, Nona, bakirə və mən” filmi ilə rejissor debütünü həyata keçirib. Ekran əsəri Fransada dağlıq vadidə yaşayan gənclərin həyat hekayəsini danışır. Onun rejissor Olivye Marşalla tanışlığı karyerasına böyük töhvə verib. Sonuncu onu demək olar bütün filmlərinə çəkib. 2000-ci illərdə “Qanqsterlər”, “Bir dəfə Marseldə”, “Əqrəb” (2007), “Tutqun çaylar 2” (2004) kimi filmlərdə rol alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://megogo.net/ru/name/5703-fransis-reno.html

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç