Burak Hakkı

Burak Hakkı

Aktyor

BİOQRAFİYA

Burak Hakkı 23 may 1972-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Aktyor olmazdan əvvəl karyerasına model biznesində başlayıb. Gələcək aktyor prestijli “Semiha Sakir” özəl gimnaziyasında riyaziyyat təmayüllü sinifdə oxuyub, bundan başqa ingilis dili kurslarını bitirib. Orta təhsili başa vurduqdan sonra İstanbul universitetinin iqtisadiyyat fakültəsinə daxil olub. Universitetdə oxuduğu zaman, basketbol komandasının üzvü olub. Tələbə olduğu illərdə “Başak Gürsoy” model agentliyinə işə düzəlib. 1995-ci ildə MBA proqramı çərçivəsində verdiyi buraxılış imtahanlarında yüksək nəticə göstərərək, İsveçrənin Montrö universitetində magistratura üçün təqaüd qazanıb. Şou-biznesə qeyd etdiyimiz kimi model olaraq ayaq basıb. Model biznesində çalışdığı on il ərzində minlərlə nümayiş, çoxsayda reklam çəkilişi və fotosessiyada iştirak edib. 1994-cü ildə Burak Hakki “Best Model of Turkey” titulunun sahibi olub. Bir il sonra  Avstraliyada keçirilən dünya modellər konkursunda 4-cü yeri, 1997-ci ildə isə Tunisdə “Mister fotogenik” müsabiqəsində ikinci yeri tutub. Kinoda daha çox “Dodaqdan qəlbə”, “Yer Göy Eşq”  filmlərində oynadığı rollara görə tanınır. 2001-2012-ci illərdə aktrisa və model Sema Şimşeklə evli olub. Bu nikahdan 2008-ci ildə Rüzgar Hakkı adlı oğlu dünyaya gəlib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/burak_hakki/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç