Saşa Parkinson

Saşa Parkinson

Aktrisa

BİOQRAFİYA

Saşa Lüis Parkinson 11 mart 1992-ci ildə İngiltərənin Lankaşir qraflığının Selford şəhərində dünyaya göz açıb. Ailənin yeganə övladı oluv. Atası kommunal idarənin müfəttişi , anası sosial işçi olub. Orta təhsilini Walkden High School məktəbində alıb. Daha çox ITV telekanalının “Koronasiya küçəsi” (2009-2011) sabun operasında oynadığı Sayan Pauers rolu ilə tanınır. “Koronasiya küçəsi” layihəsindən ayrıldıqdan sonra Channel 4 telekanalında yayımlanan “Dəyirman” (The Mill) serialının aktyor heyətinə qoşulub. 2014-cü ildə “Sürücü” (The Driver) dramında görüntülənib. 2015-2016-cı illərdə “Mister Selfric” serialının üçüncü və dördüncü hissələrində Tauler rolunu oynayıb. “Koronasiya küçəsi” (2009-2011),  “Mister Selfric” (2015—2016) seriallarında və “Avaragurlar” (Apostasy, 2017), “Mənim dəlisov gündəliyim” (My Mad Fat Diary, 2014) filmlərində canlandırdığı obrazlarla məşhurdur. IMDB məlumat bazasına görə karyerası ərzində 28 film və serialın çəkilişində iştirak edib. Ən son işlərindən biri 2019-cu ildə çəkildiyi “Çılpaq qaçan” (Running Naked) filmidir.

 Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sacha_Parkinson  

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç