Kan Şin-İl

Kan Şin-İl

Aktyor

BİOQRAFİYA

Kan Şin-İl 26 noyabr 1960-cı ildə anadan olub. Həmvətənli həmkarları ilə müqayisədə kinoya olduqca gec gəlib. Kenq Hi Universitetinin məzunudur. İlk rolunu 39 yaşında olanda oynayıb: debüt 1999-cu ildə ekranlara çıxan “Ejaesuuinan” filmində baş tutub. Ancaq karyera yüksəlişi 2002-ci ildən etibarən başlayıb. 10 oktyabr 2002-ci ildə onun iştirakı ilə “Həbsxanadan qaçış” (Gwangbokjeol teuksa) filmi böyük ekranlara yol tapıb. Sözügedən kinofilm həmin il ən çox kassa gəliri gətirmiş 4-cü film olub. Ekran əsərində Kan Şin-İl cəzaçəkmə müəssisəsinin rəisi rolunu oynayıb. 2004-cü ildə televiziya karyerasına start verib. Belə ki, SBS telekanalında yayımlanan “Rays of Sunshine” serialında xəfiyyə Nam rolunu oynayıb. Sonradan Kim Şin-İl daha çox xəfiyyə rollarına təyin olunub. Buna baxmayaraq fərqli tipajlı obrazların öhdəsindən layiqincə gəlir. 2013-cü ildə Kim Şin İl “Əlbir” (Accomplice) filmində baş rola çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://asiafan.tv/actors/kang-shin-il/

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç