Elizabet Arnua

Elizabet Arnua

Aktrisa

BİOQRAFİYA

Elizabet Rouz Arnua – amerikalı aktrisadır. Daha çox “C.S.I. Cinayət yeri” serialında oynadığı rolla məşhurdur. Aktrisa 1979-cu ildə ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərində anadan olub. Uşaqlığı Los-Ancelesdə keçib. Aktyor ailəsində boya-başa çatıb. Nə qədər qəribə səslənsə də üç yaşından aktyorluqla məşğuldur (serialda epizodik rolu olub). Beş yaşından etibarən mütəmadi olaraq kinofilmlərə çəkilir. “Bir sehrli Milad bayramında” filmində Ebbi adlı qızı oynayıb, “Bəs uşaqları hanı?” filmində dələduz qız Missi Elric obrazını canlandırıb. Elizabet Arnuanı uşaq seriallarının ulduzu adlandırmaq olar. 1991-ci ildə “Disney” studiyası onu “Möcüzələr diyarında macəralar” uşaq teleşousuna Alisa roluna dəvət edib. 13 il ərzində müxtəlif televiziya və kino layihələrində yeniyetmə qız obrazları yandırıb. Çəkilişlər arasında yaranan fasilələrdə dərslərini oxuyub və kolleci bitirib. Tezliklər Uesli Universitetinə daxil olaraq aktyorluq sənəti və tarix üzrə ali təhsil alıb. 2009-cu ildə “Miami Medical” serialında görüntülənib, həmçinin həmin il Rob Şmiditin “Pis ət” adlı qorxu filminin çəkilişlərində iştirak edib. Elizabat Arbua ilə bir çəkiliş meydanını bölüşən insanlar, onun yüksək aktyorluq istedadına malik olduğunu və universal olduğunu, mənfi və müsbət obrazları eyni məharətlə canlandıra bildiyini söyləyir. Aktrisa Los-Ancelesdə yaşayır və şəxsi həyatını mətbuatdan gizli saxlamağa çalışır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%80%D0%BD%D1%83%D0%B0,_%D0%AD%D0%BB%D0%B8%D0%B7%D0%B0%D0%B1%D0%B5%D1%82

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç