Set Qrin

Set Qrin

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Set Bencamin Gessel Qrin 8 fevral 1974-cü ildə ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olub. Setin valideynləri Qerb Qrin riyaziyyat müəllimi, anası Barbara Gessel rəssam olub. Dövlət məktəbində ibtidai və orta təhsil alıb. Amerika futbolu ilə məşğul olub. Altı yaşından aktyor olmağı arzulayıb. Yay düşərgəsində baxdığı “Hello, Dolli” tamaşasından xoş təəssürat alaraq, ilhamlanıb. Aktyorluq karyerası 1983-cü ildən etibarən başlayır. Kinokaryerasına 1983-cü ildə başlayıb. İlk əlamətdar rollarından birini “Nyu-Hempşir oteli” filmində oynayıb. 1987-ci ildə Set Vudi Allenin “Radio günləri” filmində rol alıb. 1990-cı ildə  “Məxluq” qorxu filmində kiçik Riçard Toziyer obrazını canlandırıb. 2005-ci ildə “Robot toyuq” cizgi serialının yaradılmasında iştirak edib. 1999-cu ildən “Qriffinlər” və “Şou Klivlend”  seriallarında mərkəzi personajlardan birini səsləndirib. Həmçinin “Mass Effect” oyununda Ceff Coker Moro personajı onun proobrazı əsasında yaradılıb. “Emmi” mükafatçısı olub. Set Qrin Brekin Meyer və Emi Smartın yaxın dostudur. 2008-ci ildən model Kler Qrantla görüşür. Onlar 2010-cu ildə münasibətlərini rəsmiləşdiriblər. Hazırda cütlük Los-Ancelesdə yaşayır.

Ətraflı məlumat üçün aşağdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B8%D0%BD,_%D0%A1%D0%B5%D1%82

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç