Fikrət Əliyev

Fikrət Əliyev

Rejissor, ssenarist, aktyor

BİOQRAFİYA

Fikrət Əliyev — Azərbaycan kinorejissoru, ssenarist, aktyor, ikinci rejissor, Azərbaycanın əməkdar incəsənət xadimidir. Fikrət Əliyev 12 dekabr 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən ömrünün sonunadək "Azərbaycanfilm" kinostudiyasında işləyib. O, "Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və sair filmlərdə rejissorluq edib. Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Fikrət Əliyev 8 mart 2016-cı ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Rejissor Əmircan qəbiristanlığında oğlunun məzarı yanında torpağa tapşırılıb. Rejissorun 1 qız və 3 oğlan övladı olub. Oğlu, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışan 1973-cü il təvəllüdlü Rəşad Əliyev 2016-cı ildə 42 yaşında vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Fikr%C9%99t_%C6%8Fliyev_(rejissor)

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç