Andrea Rot

Andrea Rot

Aktrisa

BİOQRAFİYA

Andrea Rot 30 sentyabr 1967-ci ildə ABŞ-ın Vudstok şəhərində dünyaya göz açıb. Aktrisalıq karyerasına 80-ci illərin sonlarında Kanada seriallarında qədəm qoyub. Rot “Məni xilas et” teleserialında Canet Qevin rolu ilə şöhrət qazanıb. Sözügedən serial 2004-2011-ci illərdə çəkilib. Telelayihə başa çatdıqdan sonra “Oxşar” serialında ikinci plan rol alıb. Daha sonra “İnqilab” serialında mərkəzi rollardan birinə dəvət olunub. Ancaq sonradan onu Elizabet Mitçell əvəz edib. Bundan başqa “Müharibə”, “Skeptik”, “Kolleksiyaçı” kimi reytinqli filmlərə çəkilib. “Sağ qalmaq”, “Mavi qan” və “Qanun və qayda: Cinayət niyyəti” seriallarında qonaq rollarda çıxış edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D1%82,_%D0%90%D0%BD%D0%B4%D1%80%D0%B5%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç