Yusuf Kürçenli

Yusuf Kürçenli

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Yusuf Kürçenli - türkiyəli rejissor, prodüser və ssenaristdir. Kürçenli 1947-ci ildə Türkiyənin Rize əyalətinin Çayeli şəhərində dünyaya gəlib. İstanbul universitetinində jurnalistika üzrə təhsil alıb. 1973-1980-ci illərdə TRT telekanalında rejissor və prodüser qismində fəaliyyət göstərib. Debüt filmi sayılan “Ve Recep Ve Zehra Ve Ayşe” 1983-cü ildə ekranlara çıxıb. 1994-cü ildə işıq üzü görən “Çözülmeler” filmi müxtəlif kinofestivallarda bir çox mükafatlara layiq görülüb. O eyni zamanda “Baba Evi” və “Kurşun Kalem” filmlərinin rejissoru kimi tanınır. Son filmi “Yüreğine Sor” olub. 2012-ci ildə ona xərçəng diaqnozu qoyulub, elə həmin il, fevralın 22-də 65 yaşında dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Yusuf_Kur%C3%A7enli

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç