İmola Qaspar

İmola Qaspar

Aktrisa

BİOQRAFİYA

İmola Qaspar – Rumıniyada doğulmuş macar aktrisadır. Hazırda Londonda yaşayır və fəaliyyət göstərir. Dram və Kino Akademiyasının məzunudur. Xidməti siyahısında onlarla kinofilm və teatr tamaşası yer alır. 1993-cü ildə Macarıstana köçməzdən əvvəl Rumıniya Milli Teatrının truppasının üzvü olub. 2008-ci ildən etibarən Böyük Britaniyada yaşayır. Andrzey Wajda, Istvan Szabo, Nicolae Margineanu, Viktor Frunza kimi rejissorlarla əməkdaşlıq edib. Avropa və Amerikada 40-dan çox rolu olub. Macarıstanda və Portuqaliyada ən yaxşı aktrisa mükafatını qazanıb. Daha çox “Daşa dirənmiş qılınc” (2019), “Qalib gəlmiş ağrı” (PainKiller Jane, 2007), Dracula (Drakula, 2002), “Missis Ratkliffin inqilabı” (Mrs. Ratcliffe’s Revolution, 2007) filmlərində oynadığı rollara görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0350672/bio?ref_=nm_ov_bio_sm

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç