Covan Adepo

Covan Adepo

Aktyor

BİOQRAFİYA

Yovan Adepo 1988-ci ilin sentyabrında Oksfordşir qraflığında anadan olub. Anası Londonludur, atası Tennesi ştatının Çattanuqi şəhərindəndir. Yovan keçmiş Nigeriyalı dövlət məmuru Patrik Fatay Adeponun nəvəsidir. Uşaqlığı ABŞ-ın Merilend ştatının Uoldorf şəhərində keçib. Aktyorluq karyerasına məktəb və kilsə pyeslərində qədəm qoyub. Orta məktəbi bitirdikdən sonra Boui dövlət Universitetinə daxil olub. Orada politologiya və fəlsəfə ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. 2011-ci ildə yazıçı olmaq ümidi ilə Los-Ancelesə köçüb. Dolanmaq üçün Adepo aktyorluq sənətini öyrənməyə başlayır, reklam çarxlarına çəkilir. Daha sonra Dayan Hallın rəhbərliyi altında aktyorluq sənətinin incəliklərini mənimsəyir. Bir gün Merilenddəki kilsədə aktrisa Viola Devisin böyük bacısı ilə tanış olur. Sonuncunun onu Violaya tapşırması hesabına Yovan Denzel Vaşinqtonun “Çəpərlər” filmində rol alır. Yovan Adepo futbolla maraqlanır. Aktyor “Çelsi” və “Oksford Yunayted” klublarına azarkeşlik edir. “Tərk edilmişlər” serialında Maykl Merfi rolu və “Çəpərlər” filmində Kori Meksson rolu ilə məşhurlaşıb.  

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/iovan_adepo/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç