Deniel Mirik

Deniel Mirik

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Deniel Mirik 3 sentyabr 1963-cü ildə ABŞ-ın Florida ştatının Sarasota şəhərində anadan olub. Florida Mərkəzi universitetinin kino məktəbində oxuyub. 1997-ci ildə “Split Screen” serialının bir neçə epizoduna rejissorluq edib, 1999-cu ildə isə “İfritə Bleyr layihəsi” adlı səs-küylü qorxu filminin rejissoru və ssenaristi olub. Ekran əsəri psevdosənədli film janrında çəkilib. Lent böyük uğur qazanıb, kassa gəlirləri 248 milyon dolları ötüb. “İfrətə Bleyr Layihəsi” “Müstəqil Ruh” kinomükafatlandırma mərasimində “500 mindən az büdcə ilə ən yaxşı debüt” kateqoriyasında qalib gəlib. Film bundan başqa Kann kinofestivalında “Gənclər mükafatını” qazanıb, həmçinin digər beynəlxalq kinomükafatlara namizəd olub. “İfritə Bleyr layihəsi” qorxu filminin ekranlara çıxmasından sonra məşhurlaşıb. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D1%80%D0%B8%D0%BA,_%D0%94%D1%8D%D0%BD%D0%B8%D0%B5%D0%BB

 

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç