Hezer Donahyo

Hezer Donahyo

Aktrisa

BİOQRAFİYA

Hezer Donahyu 22 dekabr 1974-cü ildə ABŞ-ın Pensilvaniya ştatının Uper Derbi şəhərində dünyaya göz açıb. “Bler ifritəsi” filmində oynadığı rolla məşhurlaşıb. Qorxu filmi 60 min dollar büdcə ilə çəkildiyi halda, böyük kassa uğuruna imza atır və 200 milyon dollara yaxın gəlir gətirir. Filmdə Hezer mərkəzi qadın obrazlarından birini canlandırıb. Həmin obraza uyğunlaşmaq üçün kameradan istifadə etməyi öyrənməli olub, iki günlük operatorluq kursunda iştirak edib.  Bundan başqa “Oğurlanmış” (2002), “Qızlar və Oğlanlar” (2000) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində 16 film və serialın çəkilişi və səsləndirilməsində iştirak edib. 2008-ci son filminə çəkilib. Aktrisalıq karyerası ilə vidalaşan Hezer leqal şəkildə marihuananın yetişdirilməsi ilə məşğul olmağa başlayıb. 2011-ci ildə bu fəaliyyəti ilə bağlı “Growgirl” kitabının nəşri haqqında Gotham Books nəşriyyatı ilə müqavilə bağlayıb. Kitab 2012-ci ildə işıq üzü görüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%BE%D0%BD%D0%B0%D1%85%D1%8C%D1%8E,_%D0%A5%D1%8D%D0%B7%D0%B5%D1%80

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç