Meri Bet Hert

Meri Bet Hert

Aktrisa

BİOQRAFİYA

Meri Bet Hert 1946–cı ildə Ayova ştatı Marşaltaun şəhərində (ABŞ) anadan olub. 1971-ci ildə Uilyam Hertlə evlənən Meri Hert soyadını götürüb. 1982-ci ildə boşandıqdan bir il sonra Meri rejissor Pol Şrederlə ailə qurur. Meri Bet Hert daha çox brodvey səhnəsində çıxışları sayəsində məşhurlaşıb. Brodveydəki işinə görə “Toni” mükafatına üç dəfə namizəd olub. 1978-ci ildə Vudi Allenin “İnteryerlər” filmində çəkilib, həmin rola görə BAFTA mükafatına namizəd olub.  Növbəti il “Aşiq” filmində baş rolda çəkilib. 1982-ci ildə Robin Uilyamsla birlikdə “Qarpın dünyası” filmində iştirak edir. 1985-ci ildə “Deril” fantastik filmində baş qadın rolunda çıxış edir. Lakin film kommersiya baxımından uğursuz olur. Bundan sonra onun karyerasında yüksəliş müşahidə olunmur. Aktrisa “Günahsızlıq əsri”, “Özgəninkiləşdirmənin altı dərəcəsi”, “Ölüləri dirildərkən”, “Ailəcanlı”, “Emili Rouzun altı iblisi” və “Yazıq varlı qız” filmlərində ikinci dərəcəli rollarda çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D1%91%D1%80%D1%82,_%D0%9C%D1%8D%D1%80%D0%B8_%D0%91%D0%B5%D1%82

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç