Robbi Rayan

Robbi Rayan

Operator

BİOQRAFİYA

Robbi Rayan 1970-ci ildə İrlandiyada anadan olub. 14 yaşında olanda operator olmağa qərar verib. Dan Laoqheyr İncəsənət, Dizayn və Texnologiya İnstitutunu bitirib. Başlıca olaraq rejissor Andrea Arnoldla əməkdaşlıq edir (Wasp, Red Road, Fish Tank, Wuthering Heights və American Honey filmərində). Bundan başqa Filomena, Slou Uest, Favori kimi filmlərin operatoru olub. “Favori” filmi üzərində gördüyü işə görə 91-ci Amerika kinoakademiya mükafatlandırma mərasimində ən yaxşı operator işi nominasiyası üzrə “Oskar”a namizəd olub. 80-dən çox tammetralı/qısametrajlı bədii film, reklam çarxı və musiqi klipinin çəkilişinə operator qismində rəhbərlik edib. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Robbie_Ryan_(cinematographer)

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç