Co Elvin

Co Elvin

Aktyor

BİOQRAFİYA

Cozef Mettyu Elvin 21 fevral 1991-ci ildə London şəhərində anadan olub. Anası psixoterapevt, atası sənədli film rejissorudur. Aktyor London Siti məktəbində oxuyub. Uşaqlığından bəri aktyorluq sevdasında olub, yeniyetməlik illərində İngiltərənin Milli Gənclər Teatrının truppasına qoşulub. 2012-ci ildə Bristol universitetini bitirib, orada ingilis ədəbiyyatı və dram üzrə təhsil alıb. Ardınca Mərkəzi Səhnət Nitqi və Dram İncəsənət Məktəbində aktyorluq sənəti ixtisasından bakalavr dərəcəsi əldə edib. Məzun olmasından 2 həftə sonra, 2015-ci ilin əvvəlində Elvin “Futbol matçı fasiləsində Billi  Linnin çox uzun gəzintisi” filmində baş rola çəkilib. 2017-ci ildə “Sonu hiss edən” filmində ikinci plan roluna dəvət olunub. 2018-ci ildə isə “Final əməliyyatı”, “Yoxa çıxmış uşaq”, “Favori”,  “Mariya – Şotlandiya kraliçası” kimi filmlərə çəkilib. 2016-cı ilin payızından etibarən tanınmış müğənni Teylor Sviftlə vətəndaş nikahındadır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%BB%D0%B2%D0%B8%D0%BD,_%D0%94%D0%B6%D0%BE

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç