Qatilin Amalı ( Assassin's Creed 2016 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, Fransa, ABŞ, Böyük Britaniya, Tayvan, Malta, Honq Konq, 16+
Qatilin Amalı Assassin's Creed
115 dəq.
az, ru, en
1080p, 720p, 360p
Elmi-Fantastika Kəskin Macəra
10 TvSeans   5.8 IMDb   5.8 Kinopoisk  

Təsvir

Genetik yaddaşı bərpa edən inqilabi texnologiya sayəsində Kallum Linç XV əsrdə İspaniyada yaşayan əcdadı Agiların macəralarını yaşayır. İnanılmaz bilik və bacarıqlar əldə edərək, Kallum bizim zamanda tampliyer ordeninin cəngavərləri ilə vuruşacaq.
Filmdəki hadisələrin mərkəzində adi barmen dayanır. Qəhrəmanı Aminus adlı aparata bağlayırlar. Sınağın hədəfi onda qatil haqqında xatirələri oyadır. Korporasiyanın üzvləri əmindirlər ki, bu qüdrətli artefaktların olduğu yeri təyin etməyə kömək edəcək.
1492-ci il. İspaniya. Agilar de Nerha barmağının kəsilib gizli xəncərlərin verildiyi qatillər qardaşlığına qoşulma ayinini keçir.
Aşağı Kaliforniya, 1986-cı il. Balaca Kallum Linç evə qayıdır və anasını öldürülmüş vəziyyətdə, onun yanında isə qatil geyimində olan atasını görür. O, oğlundan qaçmağını istəyir, belə ki, Absterqonun xəfiyyələri onları izləyirlər. 30 ildən sonra Kallum qadın alverçisini öldürdüyünə ölüm cəzasına məhkum olunub. Hökm yerinə yetirilir, lakin ertəsi gün o, Madriddə Absterqoindastriz-in bir şöbəsində ayılır. Yanında Sofiya Raylin adlı bir qızı tapır. Sofiya daha bir neçə qatil nəslindən olanların həbs edildiyi Absterqoda Kallumu müşayiət edir. Absterqonun başçısı Allan Raylinin qızı Sofiya K.Linçə danışır ki, onlar Cənnət Alması artefaktını tapmalıdırlar. Buna görə Kallum Animusa - genetik yaddaşı hesablayan maşına salınmalı və əcdadı Aqilar de Nerhanın köməyilə almanı tapmalıdır, belə ki, o "bütün dünyada zorakılığı dayandırmağa" kömək edəcək.
Kallum Animusa daxil olur və 1492-ci ilə köçürülür. Tampliyerlər tərəfindən idarə olunan İspan inkvizitorları, demək olar ki, bütün İspaniyanı öz təsirləri altına alıblar. Son müqavimət qalası - Cənnət Almasının saxlandığı Qranadadır, lakin o da məğlub olmağa hazırdır, çünki tampliyerlərin əlində girov var - əmirin oğlu...       
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Castin Kurzel
Baş Rollarda:
Marion Kotiyyar, Maykl Fassbender
Digər Rollarda:  
Ceremi Ayrons, Şarlotta Remplinq

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Həsən Əliyev   03.01.2018
Ay-da - bu Azərbaycanda baş verir - inanmıram! Kim bu saytı yaradıbsa ƏJDAHASINIZ!!! Halal olsun Sizə - turk və rusların ayaq altından bizi qaldırdız. Hamıya bu saytı təbliğ edəcəm :-)
2
Əli Abutalıbov   03.01.2018
Tarixi filmləri çox sevirəm - bu isə fantastika ilə tarixin qarışığı vobshe superdi... Baxmağı tövsiye edirəm hamıya
Fatimə Əliyeva   03.01.2018
Çox super filmdi... Bir nəfəsə baxdım! Dublyaja isə söz yoxdu - ƏHSƏN!
1