Mafiya Rekviemi ( Brown's Requiem 1998 ) yüksək keyfiyyətlə onlayn izlə

Xahiş edirik, filmə 1-10 arası qiymət verin
Təşəkkürlər! Qiymətiniz Milli Reytinq yaradılması üçün çox önəmlidir.
, ABŞ, 16+
Mafiya Rekviemi Brown's Requiem
104 dəq.
az, ru
360p
Kriminal Dram Triller
5.9 TvSeans   5.8 IMDb   6 Kinopoisk  
Filmi izlə
Sonra izlə

Təsvir

Məşhur kriminal yazıçı Ceyms Elroyun romanı əsasında lentə alınmış filmdə baş qəhrəman içki alüdəçiliyi ilə əlaqədar xidmətdən kənarlaşdırılmış keçmiş polis müstəntiqi Fritz Braundur. Bu asılılığına görə kor-peşman olduğundan spirtli içkinin daşını atmağa çalışır. Bir təhər başını dolandırmaq üçün şəxsi xəfiyyə kimi xidmət göstərir. Bir gün Freddi Beyker adlı şəxs ona bacısını güdməyi tapşırır. Füsunkar Ceyn Beyker, “ayaq üstə qırxı-çıxan” qoca mafiozun Beverli-Hilzdəki dəbdəbəli villasında qalır. İşə girişən zaman Braun mafiozun evində Los-Anceles polis idarəsinin daxili araşdırmalar şöbəsinin müdiri Ketkartı görür. Braun xidmətdən məhz onun göstərişi ilə kənarlaşdırılıb. Görəsən Ketkartla qanqsterləri nə birləşdirir və niyə bu işlə əlaqəsi olan insanlar bir-birinin ardınca müəmmalı şəkildə həlak olur. Başını cəncələ saldığını anlamağa başlayan Braunun indi öz həyatıda böyük təhlükədədir..
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar

Çəkiliş Qrupu

Rejissor(lar):
Ceyson Friland
Ssenarist(lər):
Ceyms Ellroy, Ceyson Friland
Baş Rollarda:
Maykl Ruker, Selma Bler
Digər Rollarda:  
Brayon Ceyms, Tobin Bell , Kristofer Meloni

Kadrlar


Rəylər

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç