Adam Drayver "Yankee Comandante"in Baş Rolunda Yer Alacaq!

02 May, 2020

İki il üst-üstə "Qara Ku-Kluks-Klan Üzvü" (BlacKKKlansman) və "Bir Nikah Hekayəsi" (Marriage Story) performanslarıyla “Oskar” namizədi olan Adam Drayver (Adam Driver), “Yankee Comandante”nin film adaptasiyasında baş rol oynayacaq. "Mad" (Mud) filminin uğurlu rejissoru Ceff Nikols (Jeff Nichols), 2016-cı ildə çəkdiyi “Midnight Special”da da birlikdə çalışdığı Adam Drayverlə (Adam Driver) yenidən bir araya gəlir.

Michael Shannon in 'Midnight Special': Berlin Review | Hollywood ...

Bütün istehsalatın dayanmasına səbəb olan COVID-19 epidemiyası səbəbilə istehsal başlangıç ​​tarixləri ​​naməlumluğunu qoruyarkən, qaynaqlar 2021-ci ildə film üçün uyğun bir tarix planlandığını qeyd edir. Imperative Entertainment və 30West, proyektlə bağlı müəyyən studiyalarla görüşür və paket bu həftənin əvvəlində distribyutorlara dağıdılacaq. Film, Kuba çevrilişi əsnasında comandante rütbəsinə yüksələn iki nəfər haqqında David Grann’in Nyu-York mərhələsinə aiddir. Bunlardan biri Che Guevara idi. Digəri isə Ohio'dan bir adamdır.

Adam Driver to Star in Jeff Nichols' Next Flick, Cuban Revolution ...

Adam Drayver (Adam Driver) ən son Netflix’in "Bir Nikah Hekayəsi"ndə (Marriage Story) və Amazon’un “The Report”unda rol alıb və iki il üst- üstə “Oskar” namizədi olub. Bundan əlavə Star Wars'un yeni üçləməsində Kylo Ren'i canlandırıb. Koronavirus krizinin səbəb olduğu industriya miqyasındakı çəkiliş dayandırılmasından əvvəl Adam Drayver (Adam Driver), Ridli Skottun (Ridley Scott), Ben Afflek (Ben Affleck), Mett Deymon (Matt Damon) və Codi Komer (Jodie Comer) birlikdə son dövr draması “The Last Duel”i çəkirdi. Bundan başqa Leos Carax imzalı Annette filmi də həyəcanla gözlənilən işlər arasındadır. “Midnight Special”, “Take Shelter”"Mad" (Mud) kimi orijinal dramları ilə tanınan Ceff Nikols (Jeff Nichols) isə son olaraq tənqidçilərin bəyəndiyi “Loving”in rejissoru olmuşdu.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər