“Dəlisov Maks”(Mad Max) və “Matriks”in Davamı Ola Bilər!

02 Mart, 2019


Warner Bros. CEO’su Kevin Tsujihara, Yeni “Dəlisov Maks” (Mad Max)“Matriks” (The Matrix) Filmləri Çəkmək İstədiklərini Açıqladı.

Warner Bros. CEO’su Kevin Tsujihara’nın yeni “Dəlisov Maks” “Matriks” (The Matrix) filmləri çəkmək istədiklərini söyləməsi, bu iki seriyanın yaxın zamanda kinoteatrlara geri dönə biləcəyini göstərdi.

Hollywood’un yenidən davam filmlərinin çəkilməsinə diqqət ayırdığı vaxtda böyük studiyalar bu fürsəti əldən buraxmaq istəmirlər. Bu studiyalar arasında Warner Bros. da yer alır. Ən populyar filmlərdən biri olan “Harri Potter”in (Harry Potter) möcüzəli dünyasını “Fantastic Beasts” filmləri ilə yenidən ekrana gətirən studya, indi də “Dəlisov Maks”“Matriks” (The Matrix) kinoteatrlara qaytarmağın yollarını axtarır.

Warner Bros.' Kevin Tsujihara Talks DC, Matrix & More!

“L.A. Times”a müsahibə verən Warner Bros. CEO’su Kevin Tsujihara, hansı filmlərin yenidən davamını çəkmək istərdiniz sualı verildiyində, “Dəlisov Maks”“Matriks” (The Matrix) cavabını verdi. Tsujihara: “Film tərəfindən baxsaq “Matriks” (The Matrix) kimi möhtəşəm filmlərimiz var. “Dəlisov Maks”ı (Mad Max) davam etdirmək üçün də Corc Miller (George Miller) yenidən çalışmağı çox istəyərik.” kimi sözlər dedi.



2015-ci ildə premyerası olan “Mad Max: Fury Road” ilə “Dəlisov Maks” yeni bir nəfəs gətirən Miller , film çıxmamışdan əvvəl Fury Roada birdən daha çox davam filmi çəkmək istədiyini açıqlamışdı. “Fury Road” bəyənilərək, 6 “Oskar” mükafatı qazandıqdan sonra seriyanın davam etməsinə, yenilərinin çəkilməsi gözüylə baxılmağa başlanmışdı. Ancaq Corc Miller (George Miller) ilə Warner Bros.’un “Fury Road”un qazanc mövzusunda məhkəməlik olması, davam filmlərinin qarşısında maneə yaratmışdı. Ancaq Tsujihara’nın son açıqlamaları studyanın Miller ilə yenidən işləməyə isti baxdığını və yaxında yeni “Dəlisov Maks” (Mad Max) filmləri görə biləcəyimizi göstərir.



Digər tərəfdən “Matriks”in (The Matrix) kinoteatrlara geri qayıtması da film dünyasında uzun zamandır danışılan bir mövzudur. Daha əvvəl seriyanın davam filmləri, ya da yeni bir variantda geri qayıtması ehtimalı gündəmə gəlmişdi. Bu ana qədər bu mövzuda tam olaraq bir addım atılmasa da, “The Avengers” və “Ready Player One” kimi filmlərin senaristi olan Zak Penn-in (Zak Penn) yeni bir “Matriks” (Matrix) filminin ssenarisinin yazdığı bilinir. Penn daha əvvəl sosial şəbəkədəki paylaşımında hazırladığı proyektin tam anlamda yeni variant olmadığını söyləmişdi və “Matriks”in (The Matrix) heç bir vaxt yenidən başqa variantda çəkilməyinin tərəfdarı olmadığını vurğulamışdı.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər