“Buzlar Diyarı 2” Filmindən Yeni Treyler Yayımlandı!

13 Iyun, 2019

Dünya miqyasında 1.27 milyard dollar gəlir əldə edən, bütün vaxtların ən uğurlu animasiya filmləri sırasına girməyi bacaran “Buzlar diyarı”nın (Frzozen) davam filmindən yeni treyler yayımlandı. “Buzlar Diyarı 2” (Frozen 2) filminin 22 noyabrda premyerası planlaşdırılır.

Walt Disney Animation Studios tərəfindən hazırlanan “Buzlar diyarı”nın (Frzozen), 2013-cü ildə premyerası olan vaxt, filmsevərlər tərəfindən maraqla qarşılanmış və kassada 1.27 milyard dollar gəlir əldə edərək, son illərin ən uğurlu animasiya filmləri arasına girmişdi. Film eyni zamanda Ən Yaxşı Animasiya Film və Ən Yaxşı Mahnı nominasiyasında “Oskar"larını da qazanınca davam filmi qaçınılmaz oldu.

Картинки по запросу The past is not what it seems in the latest Frozen II trailer

2015-ci ildə istehsalına başlanan davam filmi, bu il filmsevərlərin ixtiyarına veriləcək. Anna və Elsa’nın nağıl kimi hekayəsini danışmağa davam edəcək “Buzlar Diyarı 2” (Frozen 2) üçün tanıtım işlərinə sürət verən Disney, filmdən ilk uzunmetrajlı treyleri yayımladı. Yayımlanan bu yeni treyler, davam filmində Elsa’nın xüsusi güclərinin mənbəyini tapmaq üçün bir macəraya atılacağını göstərir.

“Oskar” mükafatlı rejissorlar Kris Bak (Chris Buck)Cennifer Linin (Jennifer Lee) imzasını daşıyan filmin səsləndirmə heyətində İdina Menzel (Idina Menzel), Kristen Bell, Jonathan Groff, Coş Gəd (Josh Gad)Evan Rachel Wood kimi adlar yer alır. Filmin musiqilərini isə “Buzlar diyarı”nın (Frzozen)"Fatmagülün sirii nə? (Coco) ilə “Oskar” mükafatları qazanan Kristen Anderson-LopezRobert Lopez hazırlayır.


İlk filmin kassada əldə etdiyi böyük uğuru nəzərə alaraq, bu ilin ən iddialı filmlərindən biri olduğunu söyləyə biləcəyimiz “Buzlar Diyarı 2” (Frozen 2) filminin 22 noyabr 2019-cu ildə premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər