“Qodzilla: Bədheybətlərin Kralı”nın Yeni Treyleri Çıxdı!

28 May, 2019

Aktyor heyətində Millie Bobby Brown, Vera Farmiqa (Vera Farmiga), Salli Hokins (Sally Hawkins) və Kayl Çendlerin (Kyle Chandler) yer aldığı “Qodzilla: Bədheybətlərin Kralı”nın (Godzilla: King of the Monsters) filmsevərlərin ixtiyarına verilməsinə az qalmış filmdən son bir treyler daha yayımlandı.

Rejissorluğunu Qaret Edvardsın (Gareth Edwards) üstləndiyi 2014-cü il istehsalı Qodzillanın maraqla gözlənilən davam filmi gələn həftə filmsevərlərin ixtiyarına veriləcək. Bugünə qədər yayımlanan treyleri ilə maraq oyandıran “Qodzilla: Bədheybətlərin Kralı” (Godzilla: King of the Monsters) üçün tanıtım işlərini davam etdirən Legendary, filmin premyerası olmasına az qalmış yeni bir tanıtım treyleri daha yayımladı.

Похожее изображение

Rejissorluğunu son olaraq 2015-ci il istehsalı Krampus filminin rejissoru Michael Dougherty‘nin üstləndiyi filmin baş rolunda Stranger Things’dəki Eleven rolu ilə adını geniş kütlələrə çatdırmağı bacaran Millie Bobby Brown yer alır. Brown’ın ilk uzunmetrajlı film sınağı olan yeni Qodzilla filmində gənc aktyorla yanaşı Vera Farmiqa (Vera Farmiga), Salli Hokins (Sally Hawkins), Kayl Çendlerin (Kyle Chandler), Bredli Uitford (Bradley Whitford), Çarlz Dens (Charles Dance) və O’Shea Jackson Jr. kimi adlar iştirak edir. Filmin ssenarisini isə Dougherty, daha əvvəl Krampus’da birlikdə çalışdığı Zach Shields ilə birlikdə qələmə aldı.

Картинки по запросу Godzilla: King Of The Monsters Final Teaser Has New Shots Of All Monsters

Film, Legendary’nin Qodzilla (Godzilla) və King Kong kimi film tarixində önəmli yerə sahib varlıqları bir araya gətirəcək olan yeni film kainatının bir parçası olacaq. Studiyanın MonsterVerse adını verdiyi film dünyasında Qodzilla filmlərindən başqa 2017-ci il istehsalı "Konq: Kəllə adası" (Kong: Skull Island) da yerləşir.



Bu kainatın ən diqqətçəkici istehsalı olan Qodzilla vs. Kong üçünsə hazırlıqlar davam edir. The Guest You’re Next gibi sevilən qorxu janrında filmlərinin rejissoru olan Adam Vinqardın (Adam Wingard) rejissor kürsüsünə oturduğu Qodzilla vs. Kong gələn il filmsevərlərə təqdim olunacaq. Adından da anlaşılacağı kimi bu iki əfsanələşmiş varlığı qarşı-qarşıya gətirəcək filmdə “Qodzilla: Bədheybətlərin Kralı”nın (Godzilla: King of the Monsters) aktyor heyətində də bir çox tanınmış sima yer alacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər