Kalpana Ayer

Kalpana Ayer

Aktrisa

BİOQRAFİYA

Kalpana Ayer - Bollivud aktrisası, keçmiş “Miss İndia” gözəllik müsabiqəsinin qalibidir. 1980-1990-cı illərdə çəkildiyi ikincidərəcəli rolları ilə yadda qalıb. Çoxsaylı Hindistan filmlərində rəqs və mahnı səhnələrində görüntülənib. Hazırda biznes fəaliyyəti ilə məşğul olur və Dubayda hind restoranlar şəbəkəsinə sahibdir. Aktrisa 17 aprel 1955-ci ildə Hindistanda anadan olub. 1978-ci ildə Hindistanın gözəllik müsabiqəsinin qalibi olub. Elə həmin il ölkəsini “Miss World 1978” konkursunda təmsil edib və yarımfinala qədər adlaya bilib. Daha sonralar modellikdən kinematoqrafiyaya keçid alıb. Pyaara Dushman (1980), Wardaat (1981) Armaan (1982) kimi filmlərdə rəqs səhnələrində iştirak edib. Karyerasının ən uğurlu filmi “Disko Rəqqas” filmi sayılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Kalpana_Iyer

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç