Rupert Qrint

Rupert Qrint

Aktyor

BİOQRAFİYA
Rupert Qrint 24 avqust 1988-ci ildə İngiltərədə suvenir alverçisi Naycel Qrint və evdar qadın Coanna Qrintin ailəsində doğulub. Rupert evin böyük uşağı idi, onun Ceyms adlı qardaşı, Corcina, Samanta və Şarlotta adlı üç bacısı var. "St Josephs Primary School" Roma-katolik məktəbində təhsil alıb. Hələ məktəbdə ikən onda teatra maraq yaranmışdı. 16 yaşında məktəbi atır və bütün səylərini aktyorluq karyerasının inkişafına yönəldir. "Harri Potter" filmində Ron Uizli obrazı ilə tanınır. 2000-ci ilin mayında "Warner Bros." kinostudiyası C.K.Roulinqin "Harri Potter və fəlsəfə daşı" romanının ekranlaşdırılmasında üç əsas rolun kastinqlərini elan edir. Namizədlər yalnız 9-11 yaşlı britaniyalı uşaqlar olmalı idi. Dinləmələrdə uşaqlar kitabdan onlara verilən səhifəni uca səslə oxumalı, sonra şagirdlərin Hoqvartsa gəlmək səhnəsini improvizə edir, daha sonra ssenaridən bir neçə səhifəni uca səslə oxumalı idilər. Rupert canlandırdığı qəhrəman Ron Uizli kimi araxnofobiyadan əziyyət çəkir, yəni əqrəblərdən qorxur. İngiltərənin "Tottenhem" futbol klubunun azarkeşidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Rupert_Qrint

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç