Devid Kross

Devid Kross

Aktyor

BİOQRAFİYA

Devid Kross 4 iyul 1990-cı ildə Almaniyanın Henştedt-Ultsburq şəhərində anadan olub. Uşaqlığı Barqtehaydda keçib və burada 2007-ci ilədək "Eckhorst" məktəbində təhsil alıb. İki qardaşı və bacısı var. 2004-2006 illərdə TSV-də peşəkar basketbolla məşğul olub. Aktyor karyerasına 2002-ci ildə "Hilfe, ich bin ein Junge" filmində kiçik roldan başlayıb. 2008-ci il dekabrın 3-də Stiven Doldrinin Devid Kross, Keyt Uinslet və Reyf Fansla baş rolda ekranlaşdırdığı “Qiraətçi” filminin premyerası olur. Bu filmə çəkilmək üçün aktyor ingilis dilini öyrənməli olur. Oynadığı rola görə "Ən yaxşı aktyor" kimi "European Film Awards" mükafatına namizəd seçilir. 2009-cu ildə London (İngiltərə) Musiqi və İncəsənət Akademiyasında üçillik təhsil alır. Aktyorluq sənətini və ingilis dilini təkmilləşdirəcəyinə ümid edirdi. Lakin bir il sonra təhsilini dayandırır və diqqətini kinoya yönəldir. O vaxtdan Berlində yaşayır. Kross Hollivuda getməyi ağlından belə keçirmir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/David_Kross

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç