Loqan Marşall-Qrin

Loqan Marşall-Qrin

Aktyor

BİOQRAFİYA

Loqan Marşall-Qrin 1 noyabr 1976-cı ildə ABŞ-ın Cənubi Karolina ştatının Çarlston şəhərində anadan olub. Uşaqlığı Rod-Aylenddə keçib. Teylor adlı əkiz qardaşı var. Tennessi Universitetində oxuyub, daha sonra təhsilini Konnektkut Milli Teatr İnstitutunda davam etdirib. Məzun olduqdan sonra Nyu-York Universitetinin Tiş İncəsənət Məktəbində qəbul olunub. Bir neçə ildən sonra incəsənət üzrə bakalavr dərəcəsi əldə edib. Daha çox “Dəvətnamə” (2015), “Promotey” (2012), “Hörümçək adam: Evə qayıdış” (2017), “İblis” (2010) filmlərində oynadığı rollara görə tanınır. 12 dekabr 2012-ci ildə aktrisa Dayan Quriçlə ailə qurub və onun nikahdan kənar 2010-cu il təvəllüdlü qızını övladlığa götürüb. 11 aprel 2014-cü ildə cütlüyün Tennessi Loqan Marşall-Qrin adlı oğlu dünyaya gəlib. Aktyor “Promotey” (2012), “Kainat yolu” (2007), “Böyük Reyd” (2005) filmlərinin çəkilişləri və səsləndirilməsində iştirak edib. Bundan başqa 24 saat (2001-2010), “Qanun və Qayda: Xüsusi korpus” (1999-2014), “Qanun və Qayda” (1990-2010) populyar seriallarında qonaq rollara çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/logan_marshall-green/

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç