Semüel Coslin

Semüel Coslin

Aktyor

BİOQRAFİYA

Semüel Coslin 18 yanvar 2002-ci ildə İngiltərənin Kensinqton şəhərində anadan olub. Evin son beşiyidir. Futbolla maraqlanır. Kino debütünü 10 yaşında gerçəkləşdirib. “Qeyri-mümkün” filmində Taylandda tətil keçirən Bennet ailəsinin ortancıl oğlunu oynayıb. Təbii fəlakət mövzusunda olan filmə Naomi Uotts və Yuen Makqreqor kimi ulduzlarla çəkilib. Ən çox “Qeyri-mümkün” filmində oynadığı Tomas Bennet roluna görə tanınır. Film 2004-cü ildə Taylanda baş vermiş təbii fəlakətdən bəhs edir. Bu onun kinoda debüt rolu sayılır. 2014-cü ildə onun iştirakı ilə iki film ekranlara çıxıb. 2014-cü ilin yay aylarında “Nostalgist” adlı qısametrajlı filmdə Semüel adlı oğlanın rolunu oynayıb. Daha sonra “Peddinqtonun sərgüzəştləri” adlı ailəvi komediyaya çəkilib, Conatan Braun rolunu oynayıb. Filmdə tərəf müqabili “Oskar” laureatı Nikol Kidman olub. 2017-ci ildə isə Peddinqton filminin sikveli çıxıb. Semüel öz rolunu qoruyub saxlasa da bu dəfə onun tərəf-müqabili Britaniyalı məşhur aktyor Hyü Qrant olur. O eyni zamanda BBC1-də yayımlanan “The Go Between” və ITV telekenalında yayımlanan “Hudini və Doyl” seriallarına çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%BE%D1%81%D0%BB%D0%B8%D0%BD,_%D0%A1%D1%8D%D0%BC%D1%8E%D1%8D%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç