Sesiliya Ahern

Sesiliya Ahern

Ssenarist, prodüser

BİOQRAFİYA

Sesiliya Ahern 30 sentyabr 1981-ci ildə İrlandiyanın Dublin şəhərində doğulub. İrlandiyalı yazıçı, prodüser və ssenaristdir. Əsasən sevgi romanları yazır. “Samanta kimdir” serialının prodüseri və həmmüəllifidir. Atası İrlandiyanın keçmiş baş naziri Berti Aherndir. Uşaqlığını Dublinin şəhərkənarında balıqçı kəndi yaxınlığında yerləşən imarətdə keçirib. Bacısı Westlife qrupunun solisti ilə evlidir. Sesiliya Ahern özü isə həmyerlisi, aktyor Devid Keoqanın həyat yoldaşıdır. 9 iyun 2010-cu ildə ailə qurublar. Birgə nikahdan 2009-cu il təvəllüdlü qızları və 2012-ci il təvəllüdlü oğulları var. Yazıçı olmazdan əvvəl jurnalistika fakültəsini bitirib. 21 yaşında olanda ilk kitabı “P.S. Mən səni sevirəm” romanını yazıb. Kitab ABŞ, Britaniya, İrlandiya və Almaniya bestsellerlər reytinqində birinci yeri tutub. 2004-cü ildə “Göyqurşağının bitdiyi yer” adlı ikinci romanı işıq üzü görür. Dərhal birincinin uğurunu təkrarlayaraq İrlandiyada ən çoxsatılan kitabların reytinqində birinciliyi 12 həftə qoruyub saxlayıb. Kitabın motivləri əsasında 2014-cü ildə gənc alman rejissor Kristian Ditter “Rozinin Sevgisi” filmini çəkib. Sesilliya çoxsaylı mükafatların laureatıdır. 2005-ci ildə “P.S. Mən səni sevirəm” romanına görə “ən yaxşı debütant” nominasiyasında İrlandiya milli ədəbiyyat mükafatını qazanıb. Elə həmin il alman oxucularına səsverməsinə əsasən ikinci kitabı, “Göy qurşağının bitdiyi yer” əsərinə görə “Corine Award” mükafatı ilə təltif olunub. Onun romanları dünyanın 40-dan çox ölkəsində nəşr olunur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%90%D1%85%D0%B5%D...

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç