Nikolas Davidoff

Nikolas Davidoff

Yazıçı, ssenarist

BİOQRAFİYA

Nikolas Davidoff 30 noyabr 1962-ci ildə Nyu-York şəhərində (ABŞ) anadan olub. Uşaqlığı Konnektikut ştatında anası və bacısı ilə keçib. Atasının ruhi-əsəb problemləri olduğundan ailə məsələlərində iştirak etməyib. Hopkins orta məktəbini bitirdikdən sonra Harvard Universitetinə daxil olub. 1985-ci ildə ali təhsilini başa vuraraq tarix və ədəbiyyat üzrə bakalavr dərəcəsi əldə edib. Sonradan karyerasını qurmaq üçün Nyu-Yorka qayıdıb. “Sports İllustrated” jurnalında idman müxbiri və köşə yazarı kimi (beyzbol haqqında) işə düzəlib. Daha sonra Taylanda ezamiyyətə yollanıb. Bir il "Bangkok Post" qəzetinin redaksiyasında çalışıb. Paralel olaraq yerli universitetlərin birində Amerikaşünaslıqdan dərs deyib. 1991-ci ildə “Sports İllustrated” jurnalından ayrılır və yazıçı karyerasına start verir. Bununla belə "Rolling Stone", "The New Yorker" və "The New York Times Magazine" kimi jurnallarla əməkdaşlığı davam etdirir, köşə yazıları çıxır. Yazdığı ilk roman “Casus oyunu” (The catcher was a spy) qısa müddət ərzində bestsellerə çevrilir və karyerasının ən böyük əsəri sayılır. 2018-ci ildə onun motivləri əsasında eyni adlı bədii film ekranlara çıxıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Nicholas_Dawidoff

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç