Endi Veyr

Endi Veyr

Ssenarist, yazıçı, prodüser

BİOQRAFİYA

Endi Veyr amerikalı yazıçı və ssenaristdir. “Marslı Adam” romanı hesabına məşhurlaşıb. Həmin kitabın motivləri əsasında 2015-ci ildə Ridli Skot enyiadlı filmi lentə alıb. 16 iyun 1972-ci ildə Kaliforniyada anadan olub. Uşaqlığı Livermor şəhərində keçib. Orta məktəbdə informasiya texnologiyaları və kompüterlərə böyük maraq göstərib. 15 yaşında Livermorun Sandi Milli Laboratoriyasında proqramçı işinə götürülüb. San-Dieqoda yerləşən Kaliforniya Universitetində informatika üzrə ali təhsil alıb. “AOL” və “Blizzard” kimi şirkətlərdə çalışıb. "Warcraft 2" oyunun proqramçılarından biri olub. Hazırda MAuntin-Vyu şəhərində yaşayır və "MobileIron" şirkətinə çalışır. Fizika ilə xüsusilə nisbilik nəzəriyyəsi, orbital mexanika, pilotlu kosmonavtika tarixi ilə maraqlanır. Özünü çoxbilmişliyinə görə “botanik” adlandırır. “Doktor Kim” fantastik serialının fanatıdır. Hələ uşaq yaşlarından elmi-fantastikaya maraq göstərib, Klark, Ayzek Əzimov, Haynlayn kimi məşhur fantastların deymək olar ki, bütün kolleksiyasını oxuyub. Veyr hekayə yazmağa məktəb illərindən başlayıb. Ancaq hekayələrini ictimailəşdirməyib və maraqsız olduğunu düşünərək ləğv edib. Həmin hekayələr “internet” olmayan dövrlərdə yazıldığından onları heç yerdə tapmaq mümkün deyil.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B5%D0%B9%D...

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç