Metyu Oliri

Metyu Oliri

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Metyu Oliri 6 iyul 1987-ci ildə Çikaqo şəhərində (ABŞ) anadan olub. Kinoya gəlişindən əvvəl uşaq modeli olub. "Evdə Tək 3" filmində baş rola namizəd olsa da, kastinqdən keçə bilməyib. Aktyor karyerasına “Disney” telekanalında yayımlanan “Anamın Vampirlə görüşü var” filmi ilə başlayıb. Ardınca filmin uğurundan sonra 2001-ci ildə “Gizli Təhlükə” adlı detektiv-trillerdə Con Travoltanın tərəf-müqabili olub. Eyni zamanda Bil Pekstonun rejissoru olduğu “Qüsur” (2001) filmində ikinci plan rol alır. Daha sonra 2005-ci ildə ekranlara çıxan “Kərpic” adlı müstəqil nenoar filmində rol alır. 2012-ci ildə “Dünyanın hökmdarı – gombul oğlan” filmində baş rola çəkilir. Növbəti il Qor Verbinskinin “Tənha Reyncer” filmində epizodik rola dəvət olunur. 2014-cü ildə “Zamanın səhvi” fantastik trillerinə, 2015-ci ildə isə “Sancan” qorxu filminə baş rollara çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Matt_O%27Leary

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç