Maykl Fassbender

Maykl Fassbender

Aktyor

BİOQRAFİYA

Maykl Fassbender 2 aprel 1977-ci ildə Almaniyanın Heydelberq şəhərində anadan olub. İrlandiyada böyüyüb və tərbiyə alıb. Karyerasının başlanğıcında bir neçə Britaniya serial və telefilmlərində çəkilməyə başlayıb. Cəlbedici görünüşü və gözəl gözləri olan oğlan 2005-ci ildə “300 spartalı” filminin kastinqi zamanı gözə çarpır. Seçim zamanı Maykl, döyüşçü Setlios roluna seçilir. Həmin il fransız rejissoru Fransua Ozonun dəvəti ilə “Mələk” tarixi dramında baş rollardan birini canlandırır. 2008-ci ildə ən yaxşı debüt filminə görə rejissor Stiv Makkuinin “Aclıq” filmində çəkilir. Filmdə hadisələr 1981-ci ildə Şimali İrlandiya həbsxanasında baş verir. Maykl Fassbender respublikaçı həmkarları ilə birlikdə aclıq elan edən və hədsiz dərəcədə arıqlayan məhkum Bobbi Sendesi canlandırıb. Bu rola görə aktyor "British Independent Film Award" mükafatına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Maykl_Fassbender

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç