Entoni Hed

Entoni Hed

Aktyor

BİOQRAFİYA

Entoni Stüart Hed 20 fevral 1954-cü ildə Londonda (İngiltərə) rejissor Sifild Hed və aktrisa Helen Şinqlerin ailəsində dünyaya gəlib. Altı yaşı olanda ailəsi Hemptona köçüb. Böyük qardaşı Mürrey Hed aktyor və müğənnidir. Hər iki qardaş “Şahmatlar” musiqili tamaşasında Freddi Tramper rolunda səhnəyə çıxıb; (Mürrey 1986-cı ildə, Entoni 1989-cu ildə). Hed London musiqi akademiyasında musiqi və dram incəsənəti üzrə təhsil alıb. İlk ciddi rolu “Godspell” musiqili tamaşasında iştirakı olub, ardınca BBC və ITV telekanallarında müxtəlif şou və seriallara çəkilib. 1980-ci illərdə “Red Box” və “Two way” adlı musiqi qruplarında müğənnilik edib. 90-cı illərin əvvələrində "Nescafe" qəhvəsinin reklam çarxlarına çəkilib. ABŞ-da 1997-2003-cü illərdə yayımlanmış populyar “Baffi-vampirlərin qənimi” teleserialında oynadığı müşahidəçi Rupert Caylz rolu ilə məşhurlaşıb. 2001-ci ildə “ən yaxşı ikinci plan teleaktyoru” kateqoriyasında “Saturn” mükafatına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Anthony_Head

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç