Rik Ravanello

Rik Ravanello

Aktyor

BİOQRAFİYA

Rik Ravanello kanadalı və amerikalı aktyordur. 24 oktyabr 1967-ci ildə Kanadanın Keyp Breton şəhərində anadan olub. Tam adı – Riçard Aleksandrdır. Universitetdə iqtisadiyyat və biznes üzrə ali təhsil alıb. Futbolla ciddi şəkildə məşğul olsa da, sonradan aktyor sənətinə meyl salıb. Albert əyalətinin Kalyari şəhər teatrında aktyor olub. Uğurlarının davamı olaraq Vankuer şəhərinin müxtəlif teatr tamaşalarına dəvət alıb. 1997-ci ildə Kanada teleməkanının çoxsaylı layihələrində iştirak edib. Kinoda ən yaxşı rolları “Hartın müharibəsi” (2002) filmində Coe Karli, “Mağara” (2005) döyüş filmində Briqs rollarıdır. Rik Ravanello ümumilikdə aktyor olaraq 60 dan çox tele və bədii filmə çəkilib. Hazırda ABŞ-ın Kaliforniya ştatında yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://www.kinonews.ru/person_27149/rick-ravanello

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç