Fatih Akın

Fatih Akın

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Fatih Akın 1973-cü il avqustun 25-də Almaniyanın Hamburq şəhərində anadan olub. Türk əsilli alman kinorejissor, prodüser və ssenaristdir. Həmçinin bəzən aktyor olaraq epizodik rollara çəkilir. Valideynləri türkiyəli mühacirlərdir. Rejissor debütü “Tez və ağrısız” filmi sayılır. Həmin filmə görə Lokarno şəhərində “Bürüncü bəbir” mükafatı ilə təltif olunub. 2000-ci ildə “Asteklərin günəşi”, 2002-ci ildə isə “Solino” adlı filmləri böyük ekranlara çıxıb. 2004-cü ildə lentə aldığı “Divara qarşı” filmi böyük uğur qazanır. Avropadakı türk mühacirlərinin həyatını əks etdirən film Berlin kinofestivalının baş mükafata – “Qızıl ayı”ya layiq görülüb. 2007-ci ildə ekranlaşdırdığı “Həyatın kənarında” filmi isə Kann kinofestivalında “ən yaxşı ssenari” nominasiyasında qalib olub. 2005-ci ildə İstanbul şəhəri haqqında sənədli film çəkərək, şəhəri müxtəlif musiqi cərəyanları (peşəkar müğənnilərdən tutmuş küçə musiqiçilərinə kimi) prizmasından təhlil edib. “Körpünü keçərkən: İstanbulun səsi” adlı həmin filmdə, onun “Divara qarşı” filminin bəstəkarı olmuş Aleksandr Hake çəkilib. 2009-cu ildə Akın Venesiya kinofestivalına “Ruhun mətbəxi” adlı kinokomediyasını çıxarıb. 2017-ci ildə “Durduğun yerdə” adlı filmi onun uğurlarını davam etdirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Fatih_Ak%C4%B1n

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç