Len Uaysman

Len Uaysman

Ssenarist, prodüser

BİOQRAFİYA

Len Uaysman 4 mart 1973-cü ildə Fremmont şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Amerikalı kinorejissor, ssenarist və prodüserdir. “Başqa dünya” saqası və “Məğlubedilməz 4” filminin ssenaristi kimi məşhurlaşıb. İngilis aktrisa Keyt Bekinseyllə evli olub. 2015-ci ildə cütlük boşanmaq qərarına gəliblər. Kino karyerasına rejissor Roland Emmerixin köməkçisi kimi qədəm qoyub. Onunla birgə “Ulduz qapıları”, “Müstəqillik günü” və “Qodzilla” kimi yüksək kassalı fantastik blokbasterlər üzərində işləyib. 2003-cü ildə “Başqa dünya” filmini çəkir. Fantastik film kinotənqidçilərin etimadını qazanmasa da, kinoteatr kassalarından kifayət qədər yüksək gəlir götürüb. 2006-cı ildə Uaysmanın rəhbərliyi altında bu franşizanın növbəti filmi “Başqa dünya: Təkamül”ü ərsəyə gətirib. Saqanın 3 və 4-cü hissələrində isə prodüser-ssenarist qismində iştirak edib. 2012-ci ilin sentyabrında Universal Pictures kinostudiyası Lenin “Mumiya”nın remeykinin rejissoru olacağını elan etsə də, o sonradan filmi çəkməkdən imtina edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Len_Wiseman

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç