Stiven Rut

Stiven Rut

Aktyor, prodüser

BİOQRAFİYA

Stiven Rut 17 noyabr 1951-ci ildə Sarasote şəhərində (ABŞ) dünyaya gəlib. Atası inşaat işləri meneceri olub. Rut Vero Biç orta məktəbini bitirdikdən sonra Florida Universitetində aktyor sənəti və teleyayım ixtisası üzrə təhsil alır. Universiteti bitirdikdən sonra Rut bir sıra teatr tamaşalarında, o cümlədən Brodveydə çıxış edib. Böyük kinoda debüt işi Corc Romeronun “Meymun əməlləri” (1998) filmi sayılır. Hollivudda çəkildiyi filmlərdə daha çox ikinci dərəcəli rollarda oynayıb. “NewsRadio” sitkomuna çəkildikdən sonra şöhrət qazanıb. Teleserial 1995-1999-cu illərdə yayımlanıb. 2008-ci ildə Romi Rouzmontla ailə qurub. Onun birinci nikahdan bir övladı var. Ən çox tanınan rolları “Ruh” (1990), “Timsah Dandi 2” (1988), “Ofis məkanı” (1999), “Harda qaldın, ay qardaş?” (2000), “Rədd ol! (2017) filmlərində aldığı ikinci plan rollarıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Stephen_Root

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç