Devid Trelfol

Devid Trelfol

Aktyor, prodüser

BİOQRAFİYA

Devid Trelfol 12 oktyabr 1953-cü ildə İngiltərənin Barnac qəsəbəsində (Mançester şəhəri) santexnik ailəsində doğulub. Məktəbdə oxuduğu illərdə Uilbraham orta məktəb teatrında səhnədə çıxış edirdi. 1971-ci ildə En Celikonun “İnkişaf edən nəsil” pyesinin məktəb quruluşunda baş rolu ifa edib. Orta təhsilini başa vurduqdan sonra Şeffild incəsənət kollecinə daxil olub. Ancaq orada cəmi bir il oxuduqdan sonra Mançester şəhərində Politexnik Dram Məktəbinə qəbul olub. Aktyor eyni zamanda Mançester Metropolitan Teatr Məktəbinin məzunudur. 1977-ci ildən bəri bir çox televiziya tamaşaları və kinoda rol alıb. İlk debüt işi isə Arçer rolu olub. Televiziyada ən yadda qalan rolları “Ölüm öpüşü” filmində Mayk Li, “Yubanmış Cənnət” filmində Lesli Titmus və “Kral Lir” teletamaşasında Edqar roludur. Trelfol eyni zamanda mütəmadi olaraq “Naytinqeyls” və “Dünyanın kişiləri” sitkomlarında çəkilib. Bundan əlavə “Diana: Onun həqiqi hekayəsi” filmində şahzadə Çarlzın obrazını canlandırıb. 2005-ci ildə isə “Kraliçanın bacısı” filmində hersoq Filippin rolunun öhdəsindən uğurla gəlib. Həmçinin “Rus Evi”, “Vətənpərvər oyunları”, “Dənizlərin hökmdarı”, “Qızıl əsr” (Keyt Blanşetlə birgə çəkilib), “Con Lennon: Başlanğıc” kimi filmlərdə çəkilib. "Con Lennon: Başlanğıc" filmində məşhur britaniyalı müğəninin əmisi Corc Smit rolunu ifa edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://ru.wikipedia.org/wiki/%D0%A2%D1%80%D0%B5%D0%BB%D1%84%D0%B5%D0%BB%D0%BB,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç