Valeri Bonneton

Valeri Bonneton

Aktrisa

BİOQRAFİYA

Valeri Bonneton 5 aprel 1970-ci ildə Fransada anadan olub. 16 yaşında kolleci bitirib. Məktəbi bitirdikdən sonra “Cours Florent” aktyorluq məktəbində təhsil alıb. Sonra isə Parisdə milli konservatoriyanın dram incəsənəti fakültəsində təhsilini davam etdirib. Konservatoriyanı 26 yaşında bitirib. Karyerasına gələcək əri Fransua Klüze ilə tanış olduğu teatrda başlayıb. Filmdə ilk debütü 1995-ci ildə olub. O, karyerasının başlarında epizodik rollarda çəkilib. Aktrisaya populyarlığı 2007-ci ildə oynadığı “Fais pas ci, fais pas ça” serialı gətirib. Bu serialdan sonra ona tez-tez film təklifləri gəlməyə başlayır. 2010-cu ildə aktrisa əri ilə birlikdə oynadığı “Kiçik sirlər” filmində rol alıb. 2011-ci ildə aktrisa ən yaxşı qadın roluna görə “Sezar” mükafatına layiq görülüb. 2016-cı ilin yanvar ayında Valeri Bonneton Fransanın İncəsənət və Ədəbiyyat ordeni ilə təltif edilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Val%C3%A9rie_Bonneto...

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç